Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milyarder İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti kosmosdan istifadə edərək digər ölkələrə sərnişin daşımaqla kommersiya aviasiya sənayesini inkişaf etdirmək planlarını canlandırmağı planlaşdırır.
Mask iddia edir ki, onun “Starship” raketində Yerdən Yerə kosmos səyahətinə dair baxışı Trampın yenidən seçilməsindən sonra artıq mümkündür.
Təxminən on il əvvəl "SpaceX" tərəfindən təqdim edilən "Starship" 1000-ə qədər sərnişin daşımağa və orbitə çıxmağa qadirdir.
İndi isə eddia edilir ki, raket kosmosa uçmaq əvəzinə, Yerə "paralel" uçaraq, planetin səthini keçərək, başqa şəhərə doğru yol alacaq.
Bu, hava səyahətini əhəmiyyətli dərəcədə qısaldacaq, həm iş, həm də istirahət üçün səyahət edənlər üçün vaxta qənaət edəcək.
Baxmayaraq ki, onlar yalnız bilet üçün minlərlə dollar ödəməli olacaqlar.
"SpaceX"in məlumatına görə, "Starship" insanları Londondan Nyu-Yorka 30 dəqiqəyə, Nyu Yorkdan Şanxaya 39 dəqiqəyə və Sürixdən Sidneyə 50 dəqiqəyə apara bilər.