Başqaları konsert verdi səs salmadı, Vəfa oxudu hamı danışdı

08.08.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dilarə dedi ki, bu mahnını sənə yaraşdırmıram. Amma "Bakılı qız" nə qədər sevildisə, "Sənsizlik" ikiqat sevildi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli dicey Kazım Sübhanın 106.3 FM-də qonağı olarkən deyib. Müğənni sosial şəbəkədə olanlardan şikayət edib:

"Bir insan məni sevmirsə, deməli məni tanıyır. Sosial şəbəkədə insanlar sivil olsun. O yaşım deyil ki, kimsə qarşımda şuluxluq etsin. Haqqımda neqativ yazanlarla belə, bu gün dostam. 

Bir çox sənət dostumuz Heydər Əliyev Sarayında konsert verdi, amma səs-küy olmadı. Vəfa Şərifova çıxdı "Dilbərin" ariasını oxudu, necə səs doğurdu. Bayağı mahnı yoxdur. Onun ifaçısı bayağı olur. Azərbaycan dilində "çs" yoxdur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью