Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Polşanln Şetsina şəhərində polis başqalarının ünvanına yüzlərlə pitsa sifariş verən şəxsi saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı kişi tanınmış ictimai xadimlər və jurnalistlərin ünvanlarını öyrənərək onlara pitsa göndərirmiş.
Üstəlik, sifarişin dəyərinin mal qəbul edildikdən sonra yerində ödəniləcəyini bildirirmiş. Doğrudur, bəzi restoranlar böyük sifarişləri götürməkdən imtina edirmiş. Amma tilova düşənlər tapılırmış. Məsələn, zarafatcıl gənc bir ünvana 8500 avroluq sifariş veribmiş. Xəbərdə bənzər halın bir neçə dəfə yaşandığı bildirilir.
Qeyd edək ki, saxlanılan şəxs məhkəmənin qərarı ilə 2 aylıq həbs edilib. Günahı tam olaraq sübuta yetiriləcəyi təqdirdə onu 8 ilə kimi həbsxana həyatı gözləyir.
L.Tağıyeva