Başqalarının həyatını sığortalasa da, özü öldürüldü Video

05.12.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin ən böyük özəl tibbi sığorta şirkəti olan "United Healthcare"in baş direktoru Brayan Tompsona silahlı hücum edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, Nyu-Yorkda nitq söyləməyə hazırlaşdığı investor konfransından əvvəl silahlı hücumda həlak olub.

Polis Tompsonun yerli vaxtla səhər saat 06:40-da Manhettenin Altıncı prospektində yerləşən Hilton otelinin yaxınlığında silahla hücuma məruz qaldığını bildirib.
Hücumda maskalı şübhəlinin Tompsonu hədəf aldığını açıqlansa da, hadisənin səbəbi bəlli deyil.

Yerli polis şübhəli şəxs haqqında polisə məlumat verəcək şəxslərə 10 min dollar mükafat vəd verib.

Ölən şəxsin həyat yoldaşı Paulette Tompson mətbuata açıqlamasında ərinin son vaxtlar hədələndiyini söyləyib.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью