Başqasına köməyə gedən şəxs faciəli şəkildə öldü

25.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Yevlaxda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, traktor palçıq ərazidə batmış QAZ-24 markalı minik maşınını çəkərkən aşıb.

Hadisə zamanı traktorçu Firdovsi İlqar oğlu Mustafayev həlak olub.

QAZ-24 markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью