Başqırdıstanda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb KONKRET

23.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Başqırdıstanın Baltaçevski rayonunda məktəbliləri daşıyan avtobus yanacaq avtomobili ilə toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə  Başqırdıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə Baltaçevski rayonunda, Taşlı-Elqa kəndi yaxınlığında baş verib. Avtobusda 17-si uşaq olmaqla 19 nəfər var imiş. Beş məktəbli müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.  Yanacaq tankerinin sürücüsü xəsarət almayıb. Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir. Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin, yol polisinin əməkdaşları və administrasiyanın nümayəndələri işləyir.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью