Başsağlığı verən Fransanın qəribə hərəkəti...

27.12.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

“Dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin qəzaya uğraması xəbəri Fransanı dərindən kədərləndirib”.

Sitat.info  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in öz saytında yaydığı başsağlığı xəbərində bildirilib.

“Fransa həlak olanların ailələrinə, eləcə də ölkələrinə dərin hüznlə başsağlığı verir və təyyarə qəzasında sağ qalanların tezliklə sağalmasını arzulayır”, – deyə mətndə vurğulanır.

Parisin başsağlığı ilk baxışdan adi görünsə də, mətnin XİN saytının Qazaxıstan bölməsində yerləşdirilməsi diqqət çəkir. Görünür, Fransa rəhbərliyi bir çox dünya ölkələri və onların liderləri kimi başsağlığı mesajını birbaşa Azərbaycan hökuməti və xalqına ünvanlamağı özlərinə yaraşdırmayıblar. Yelisey sarayının humanizm prinsiplərinə öz siyasi ambisiyalarını qarışdırması isə sadəcə təəssüf doğurur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью