Bassala Sambu Neftçi də

08.02.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Neftçi" növbəti transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" heyətlərini Bassala Sambu ilə gücləndiriblər. Seneqal əsilli ingiltərəli hücumçunun son klubu Cənubi Kiprin "Paralimni"si olub. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
O, bu mövsüm 21 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью