Bassala Sambu “Turan Tovuz”a keçir? AÇIQLAMA

14.09.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bassala Sambunun “Turan Tovuz”a keçəcəyi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Apasport.az xəbər verir ki, bu barədə “Neftçi” klubundan saytımıza məlumat verilib.

Son günlərdə 27 yaşlı hücumçunun Bakı təmsilçisindən ayrılaraq “Turan Tovuz”a keçəcəyi barədə xəbərlər yayılıb.

Lakin “Neftçi”dən bildirilib ki, Bassala Sambunun klubla müqaviləsi qüvvədədir və futbolçunun “Turan Tovuz”a transferi ilə bağlı hər hansı razılaşma mövcud deyil.

Beləliklə, ingiltərəli hücumçunun Tovuz klubuna keçidi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Qeyd edək ki, Bassala Sambu 2025-ci ildən “Neftçi”nin formasını geyinir. O, Bakı təmsilçisinin heyətində bütün turnirlər üzrə indiyədək 46 matçda meydana çıxıb və 15 qol vurub.

“Sabahın ulduzları”: “Qarabağ” və “Sabah”dan qələbə Murad Məmmədovun komandasından qələbə Rəşad Sadıqov: “Tempi qorumağa çalışacağıq” Qurban Qurbanov: “Onun komandaya qayıtmaq ehtimalı yoxdur” “Qarabağ” Zirədə xal itirdi - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью