Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Futbol üzrə İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni Fransa ilə Millətlər Liqasında keçiriləcək oyunöncəsi komandanın formalaşma prosesi barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, İtaliya yığması Millətlər Liqasına Belçikaya 0:2 hesablı məğlubiyyətlə başlayıb. Ardınca Roberto Mançininin komandası Türkiyəni 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, italyan müdafiəçinin fikirlərini UEFA-nın saytında dərc edilib.
“Şübhəsiz, hamı mümkün qədər tez nəticə qazanmağa ümid edir. Amma etiraf etməliyik ki, biz bu prosesin yalnız başlanğıcındayıq. Türkiyə ilə oyundan sonra səbirli olmalıyıq, çünki qarşıda bizi hələ çox çətin məqamlar gözləyir.
“Məşqçi futbolçuların özünəinamı üzərində çox çalışır. İtaliyada uğursuzluqlarımızı və çatışmazlıqlarımızı qabartmağa, özümüzə yazığımız gəlməyə çox meylliyik. Bunun əvəzinə, yaxşı komanda olduğumuzu özümüzə deməyə başlamalıyıq. Çünki bunu özünə deyəndə, buna inanırsan.”– deyə Bastoninin sözlərini sitat gətirib.