Batabat yaylağına güclü qar yağır VİDEO

27.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahbuz rayonunun Batabat yaylağına intensiv qar yağır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları ilə ərazidəki yollar qardan təmizlənir.

Qeyd edək ki, hal-hazırda Şahbuz rayonunun Batabat yaylağında qarın qalınlığı 20, Küküdə 10, Biçənək kəndində 8 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 5, Şərur rayonunun Axura kəndində 4, Ordubad rayonun Nürgüt kəndində 2, Parağaçay qəsəbəsində isə 1 santimetr təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью