Batabat yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib

07.08.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 7 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Batabat yaylağında məskunlaşmış əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması və profilaktik məqsədlə tibbi xidmət təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi aksiya çərçivəsində müxtəlif ixtisaslı həkimlər tərəfindən əhalinin sağlamlıq vəziyyəti qiymətləndirilib. Müayinələr zamanı aşkar edilmiş bəzi xəstəliklər üzrə ilkin diaqnoz qoyulub və müvafiq tövsiyələr verilib.

Sakinlər zəruri dərman vasitələri ilə təmin olunub, eyni zamanda əhali arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlər əhalinin sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью