Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb

25.05.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью