Batabatda qarın hündürlüyü 15 santimetrə çatdı

07.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəsisləri tərəfindən yüksək dağlıq ərazilərdə qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ordubad və Şahbuz rayonlarında qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisi sayılan Parağaçay istiqamətində 3000 metr yüksəklikdə 11 santimetr, 2300 metr yüksəklikdə 7 santimetr, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 santimetr qeydə alınıb.

Mütəxəssislər digər marşrutlar üzrə də qarölçmə işlərini davam etdirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью