Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan …
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Alimlər Solomon adalarının cənub-şərqində, Sakit okeanda dünyanın ən böyük mərcanını kəşf edib
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu sensasion xəbər Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının
Bildirilir ki, tapılan nəhəng mərcan 300 illik tarixə malik olmaqla yanaşı, çoxsaylı kiçik canlının birləşməsindən əmələ gəlib.
Ölçülərinə görə, hətta göy balinadan da böyük olan bu mərcan, "National Geographic" ekspedisiyası zamanı üzə çıxarılıb.
Ekspedisiyanın üzvü olan operator Manu San Feliks qeyd edib ki, əslində bu ərazi xəritələrdə batan gəminin yeri kimi qeyd olunub.
O da araşdırma üçün dərinliyə baş vurarkən bu möhtəşəm mərcanı kəşf edib.
"Bunu gördüyümdə özümü sanki su altında kilsənin içində hiss etdim. Çox həyəcanlı bir təcrübə idi.
Əsrlər boyu sağ qala bilən, özü də bir yerdə qalan belə bir varlığa dərin ehtiram duyuram", - deyə o, həyəcanını bölüşüb.
Tam oxu
Xəbəri oxu