Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi Alimlər Solomon adalarının cənub-şərqində, Sakit okeanda dünyanın ən böyük mərcanını kəşf ediblər.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu sensasion xəbər Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) elan olunub.
Bildirilir ki, tapılan nəhəng mərcan 300 illik tarixə malik olmaqla yanaşı, çoxsaylı kiçik canlının birləşməsindən əmələ gəlib.
Ölçülərinə görə, hətta göy balinadan da böyük olan bu mərcan, "National Geographic" ekspedisiyası zamanı üzə çıxarılıb.
Ekspedisiyanın üzvü olan operator Manu San Feliks qeyd edib ki, əslində bu ərazi xəritələrdə batan gəminin yeri kimi qeyd olunub.
O da araşdırma üçün dərinliyə baş vurarkən bu möhtəşəm mərcanı kəşf edib.
"Bunu gördüyümdə özümü sanki su altında kilsənin içində hiss etdim. Çox həyəcanlı bir təcrübə idi.