Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran gəmisinin batdığı yerdə səksən yeddi cəsəd tapılıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Cəsədlərin tapıldığını Şri-Lanka Nazirlər Kabinetinin sözçüsü Nalinda Cayatissa açıqlayıb.
"87 cəsəd dəniz qüvvələri tərəfindən tapılıb sahilə çıxarılıb", - parlamentdə çıxış edən Cayatissa deyib.
Xatırladaq ki, gəmi ABŞ qüvvələri tərəfindən vurulub.
Qeyd edək ki, İran gəmisi olan "IRIS Dena"nın göyərtəsində 180 heyət üzvü olub. Gəmi Şri-Lankanın 40 kilometr cənubunda batıb. Batmazdan əvvəl həyəcan siqnalı göndərməyi bacarıb.
ABŞ-ın müharibə naziri Pit Heqset jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar sualtı qayığı Hind okeanında İran hərbi gəmisini batırıb: "Bu, İkinci Dünya Müharibəsindən bəri ilk torpedo əsaslı batma hadisəsidir".
Bildirilir ki, gəmidən ümumilikdə 32 heyət üzvü xilas edilib. Onlar Qalle Milli Xəstəxanasına yerləşdirilib.