Batista hazırdı, qərar Berdıyevindi...

05.04.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli premyer-liqasında 29-cu tur start götürəcək. Açılış günündə “Səbail” “Turan Tovuz”u qəbul edəcək.

“Bozqurdlar”ın hücumçusu Joarlem Batistanın 23-cü turun “Araz-Naxçıvan”la oyunda zədələndiyini xəbər vermişdik. Klubdan verilən son açıqlamada tibbi personalın futbolçunu “Qarabağ”la oyuna hazır etməyə çalışırdığı bildirilirdi. Amma hücumçu ötən tur meydanda görünmədi.
Hazırda durumu necədi? Batista “Səbai”lə oyunda meydanda olacaqmı? Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin cavabı:

“Zədəsi tam sağalıb. Meydana çıxıb-çıxmayacağı baş məşqçinin qərarından asılı olacaq. Çox güman, ilk “23-lük”də yer alacaq”.


Qeyd edək ki, oyun saat 17.00-da start götürəcək.
ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью