“Batman” davam filmindən yenilik Hava şəraiti ilə bağlı

05.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Matt Rivsin rejissoru olduğu "The Batman - Part II" filminin çəkilişlərində qarlı və şaxtalı havanın hakim olacağı dəqiqləşib.
Kulis.az xəbər verir ki, Filmdən paylaşılan sınaq kadrlarında “Qara Cəngavər”in qarlı fonda təsvir olunması ekran işində qış atmosferinin əsas xətt olacağını təsdiqləyib.
Bu addım ilk filmdəki fasiləsiz yağış və su stilistikasından fərqli bir vizual konsepsiya yaradacaq.
Kinomatoqrafiyada tam olaraq qarlı şəraitdə cərəyan edən sonuncu “Batman” filmi Tim Börtonun 1992-ci ildə ekranlaşdırdığı "Batman Returns" işi olmuşdu.
Robert Pattinsonun yenidən başrolda çıxış edəcəyi davam filminin nümayiş tarixi 1 oktyabr 2027-ci ildən 18 fevral 2028-ci ilə ertələnib.
Qeyd edək ki, ekran işində Castin Sten, Viktoria Zsasz, Brayan Tayri Henri kimi aktyorlar rol alır.

Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid Şeytan əməli - Rüstəm Dastanoğlunun yeni hekayəsi Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью