Batrakov “Qalatasaray”a gedir

20.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Qalatasaray” Aleksey Batrakovun transferi üçün danışıqlara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, 21 yaşlı rusiyalı yarımmüdafiəçinin transferi ilə bağlı həm futbolçunun özü, həm də klubu “Lokomotiv” (Moskva, Rusiya) ilə rəsmi danışıqlara start verilib.

Qeyd edək ki, Batrakov “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında keçirdiyi 84 rəsmi oyunda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью