Batrakovun Qalatasaray dakı ləqəbi Bebek imiş

04.11.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı futbolçu Aleksey Batrakov Türkiyənin "Qalatasaray" klubunda maraqlı ləqəblə tanınır. Komanda yoldaşları yarımmüdafiəçini "Bebek" (Körpə) deyə çağırırlar.

BAKU.WS-in məlumatına görə, bu barədə türkiyəli tanınmış jurnalist Mehmet Özkan sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Aleksey Batrakov yay transfer pəncərəsində Moskva "Lokomotiv"indən "Qalatasaray"a keçib. O, Türkiyə klubunun heyətində bütün turnirlər daxil olmaqla 11 qarşılaşmada meydana çıxıb. Futbolçu bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə Superliqasında 10 turun nəticəsinə əsasən, "Qalatasaray" 25 xal toplayaraq turnir cədvəlinin lideridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью