Batşuayi “Ayntraxt”da rəsmi

04.02.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Omar Marmuşu "Mançester Siti"yə satan "Ayntraxt" heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Frankfurt təmsilçisi "Qalatasaray"da çıxış edən Mişi Batşuayini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ayntarxt" belçikalı forvardı mövsümün sonuna kimi icarə əsasında heyətinə qatıb.

Xatırladaq ki, Mişi Batşuayi mövsümün əvvəlində "Qalatasaray"a keçib.

Qeyd edək ki, Belçika millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mahirin komanda yoldaşı İngiltərə komandasında - rəsmi Zaniolo “Fiorentina”da - rəsmi İtaliya millisinin üzvü “Bolonya”da - rəsmi Meksika millisinin üzvü “Milan”da - rəsmi "Beşiktaş"da daha bir ayrılıq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью