Batumi, Aktau, LosAnceles və Qarsa Azərbaycanın baş konsulları təyin edilib

18.11.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev Batumi (Gürcüstan), Aktau (Qazaxıstan), Los-Anceles (ABŞ) və Qarsa (Türkiyə) Azərbaycanın baş konsullarının təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

News24.az xəbər verir ki, dövlət başçısı Fuad Süleyman oğlu Əzizovu Batumi, Ayxan Firudin oğlu Süleymanlını Aktau, Vüqar İsrayıl oğlu Qurbanovu Los-Anceles, Zamin Məmməd oğlu Əliyevi isə Qars şəhərinə baş konsul təyin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью