Batumidə 22 medal

05.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq turnirində 22 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, təmsilçilərimiz 8 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər.

Qızıl medalları Ayan Əliyeva (27 kq, “Masallı” TK), Dərya Hüseyinova (30 kq, “İrəvan” TK), Fidan Qəfərova (33 kq, “Mübariz” TK), Rada Əsəd (44 kq, “Mübariz” TK), Rüqəyya Hümbətli (51 kq, “Mübariz” TK), Səbrin Bayramova (52 kq, “Abşeron” TK), Harun Salmanzadə (58 kq, “Mübariz” TK) və Gülnaz Abdullazadə (59 kq, “Cəsur” TK) qazanıblar.

Gümüş medallara Ümid Şahbazov (41 kq, “Neftçi” İK), Ülvi Məmmədov (45 kq, “Ağsu” TK), Zeyd Sadıxov (45 kq, “Mübariz” TK), Esmanur Azayeva (47 kq, “Neftçi” İK), Fərid Xəlimov (48 kq, “Mübariz” TK) və Fatimə Ramazanlı (55 kq, “Abşeron” TK) sahib çıxıblar.

Bürünc mükafatları isə Ümid Aslanov (25 kq, Göygöl İK), Esma Abdullazadə (29 kq, “Ümid” TK), Əhməd Mürvətov (33 kq, “Neftçi” İK), Yaqut İsmayıllı (33 kq, “Abşeron” TK), Nazlı Hacıyeva (37 kq, Göygöl), Malikəjdər Qalabəyov (41 kq, “Mübariz” TK), Elgün Məmmədli (49 kq, “Ümid” TK) və Cavad Heydərli (53 kq, “Masallı” TK) aktivlərinə yazdırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью