Batumidə yarışacaq Azərbaycan karateçiləri ilə görüş keçirilib

05.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın fullkontakt şinkyokuşin karate komandası ilə görüş təşkil olunub.

İdman.Biz xəbər verir ki, görüşdə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, fullkontakt şinkyokuşin karate üslubunun rəhbəri Allahverdi Rüstəmov və federasiyanın baş katibi Qabil Sayadov iştirak ediblər.

Federasiya rəsmiləri idmançıların yarışa hazırlıq vəziyyəti ilə maraqlanıb, onlarla qarşıdakı mübarizə barədə söhbət aparıblar.

Görüşdə Azərbaycan karateçilərinin beynəlxalq arenada uğurlu çıxışının əhəmiyyəti qeyd olunub, komanda üzvlərinə tövsiyələr verilib.

Sonda Allahverdi Rüstəmov və Qabil Sayadov idmançılara uğurlar arzulayaraq onların turnirdə yüksək nəticələr qazanacaqlarına inamlarını ifadə ediblər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью