Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda oyun zamanı yaşanan insidentlə əlaqədar “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Batumidə “Hapoel Beer Şeva” ilə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. Bundan sonra insident yaşanıb və matç müəyyən yarımçıq dayandırılıb, daha sonra isə bərpa edilib.