Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Gürcüstandan Türkiyəyə qayıdan “Beşiktaş” komandasını daşıyan təyyarə İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanında su tağı ilə qarşılanıb.
İdman.Biz xəbər verir ki, xüsusi mərasim hava limanının idarəçi şirkəti HEAŞ tərəfindən təşkil olunub.
Şirkətin açıqlamasına görə, qarşılama Batumidə keçirilən qarşılaşmada azarkeşlərə Gürcüstan polisinin sərt müdaxiləsindən sonra “Beşiktaş”la birlik və həmrəylik nümayiş etdirmək məqsədi daşıyıb.
Batumidən gələn təyyarə enişdən sonra hava limanının xilasetmə və yanğınla mübarizə xidmətinin yaratdığı su tağının altından keçərək dayanacaq yerinə yönəlib.
Xatırladaq ki, noyabrın 26-da UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında Fələstinə dəstək pankartının açılmasından sonra Gürcüstan polisi azarkeşlərə müdaxilə edib. İnsident səbəbindən müvəqqəti dayandırılan görüş Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.