Batumidən Moskvaya uçmalı olan təyyarədə qorxulu anlar Video

26.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Batumidən Moskvaya uçmalı olan “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ 100) təyyarəsi havaya qalxa bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, təyyarə havaya qalxmazdan əvvəl sürətini artırarkən dayanıb. Bundan sonra sərnişinlərdən əşyaları ilə birlikdə təyyarəni tərk etmələri istənilib. Lakin onlara baş verənlərin səbəbləri izah edilməyib.

“İndi bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik. Sərnişinlərin Rusiya paytaxtına dəqiq necə uçacaqları barədə hələlik məlumatı yoxdur”, - qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью