Bauk, Saldanya və Əliyev

11.11.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XIII turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub. O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya və Əliyevdən öncə Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

11 Noyabr 2024, 8:02

Əsas xəbərlər, Manşet, Premyer liqa Qaçırılan fürsətlər, itirilən xallar

10 Noyabr 2024, 10:56

Əsas xəbərlər, Premyer liqa “Qorxaq adamla yola çıxmaq olmaz” – Azər Bağırov

9 Noyabr 2024, 21:41

Əsas xəbərlər, Premyer liqa “Kəpəz” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu

9 Noyabr 2024, 21:25

Əsas xəbərlər, Premyer liqa Masazırda heyətlər bilindi

9 Noyabr 2024, 18:42

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: XIII turun təyinatları bilindi

6 Noyabr 2024, 14:52

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью