Bavariya 16 yaşlı futbolçu üçün hərəkətə keçdi

08.03.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bavariya" "Herta"nın 16 yaşlı futbolçusu Kennet Eyxhorn uğrunda mübarizəyə qoşulub.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi ölkənin istedadlı yarımmüdafiəçilərindən olan Kenneti heyətinə qatmaqda israrlıdır.

"Herta"nın heyətində bütün yarışlarda 14 oyuna çıxan alman, skautların diqqətini cəlb edib. "Bavariya" artıq onun nümayəndələri ilə əlaqə saxlayıb və oyunçu uğrunda mübarizədə liderlik edir. “Real”, "Barselona", "Mançester Yunayted" və "Çelsi" də Eyxhornu transfer etmək niyyətindədir.

Onun müqaviləsində 10-12 milyon avroluq sərbəst qalma bəndi var. 16 yaşlı futbolçu Almaniyanın U-17 yığmasının üzvüdür.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью