Bavariya 19 yaşlı xorvatiyalı ilə maraqlanır

08.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Bavariya" "Brayton"un müdafiəçisi Luka Vuşkoviçlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Bayern Insider" məlumat yayıb.

Münhen klubu Kim Min-Ce və ya Hiroki İto ilə yollarını ayıracağı təqdirdə, 19 yaşlı xorvatiyalı futbolçunu heyətinə qatmağa cəhd edəcək.

Vuşkoviçin özünün də "Bavariya"da oynamaq istəməsi klublar arasında danışıqların başlaması üçün əlverişli zəmin yaradır.

Qeyd edək ki, mərkəz müdafiəçisi ötən ili icarə əsasında "Hamburq"da keçirib, cari mövsümünün əvvəlindən isə "Brayton"da əsas heyət oyunçusu kimi özünü təsdiqləyib. Vuşkoviç bütün turnirlərdə 8 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью