“Bavariya” 20 yaşlı futbolçu alır İdmanXəbər

24.12.2024

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Dortmund “Borussiya”sının vingeri Ceymi Qittens karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı ingilis futbolçu üçün “Bavariya” mübarizə aparır. Münhen klubu oyunçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. 

Həmçinin Premyer Liqanın aparıcı klublarının futbolçu üçün müraciət edə biləcəyi gözlənilir.

Bu mövsüm Qittens 23 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью