Bavariya 35 milyon avroluq təklif göndərəcək

09.10.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Köln"ün futbolçusu Said El Mala Almaniyada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" 19 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Bundesliqa nəhəngi Almaniya U-21 millisinin üzvü üçün onun klubuna 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Köln" Said El Malanı 2024-cü ilin yayında "Viktoriya Köln"dən 350 min avroya transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью