Bavariya 5 nömrəni əbədiləşdirdi

08.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Bavariya" klubun dünyasını dəyişmiş əfsanəsi Frants Bekkenbaurlə bağlı xüsusi qərar verib. Sport24.az xəbər verir ki, bundan sonra 5 nömrəli forma heç bir futbolçuya verilməyəcək.

Uzun illər Münhen klubunda çıxış edən Frants məhz 5 nömrəli formada meydana çıxıb. Bekkenbauer "Bavariya"nın heyətində 584 oyunda forma geyinib və 75 qol vurub, 75 ötürmə edib. O, "pivəçilər"in heyətində 4 dəfə Bundesliqanın, 3 dəfə Avropa kubokunun (indiki Çempionlar Liqası) qalibi olub. İki dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarın 7-də uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью