Bavariya Almaniya millisinin üzvünü 100 milyon avroya transfer etməyi düşünür

23.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Almaniyanın "Bavariya" kollektivi “Bayer 04”ün futbolçusu Florian Virtsi transfer etmək istəyir.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, münhenlilər 21 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro transfer məbləği ödəməyə hazırlaşır.

Bununla belə, leverkuzenlilər Almaniya millisinin futbolçusunu daha bir mövsüm komandada saxladıqdan sonra 130 milyon avroya satmağı düşünür.

Qeyd edək ki, F.Virtsin müqaviləsi 2027-ci ildə başa çatacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью