“Bavariya” Alonsonun biləyini bükə bilmir

16.02.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bayer” Bundesliqanın XXII turunda “Bavariya” ilə heç-heçə edib – 0:0.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso məşqçi kimi münhenlilərə qarşı keçirdiyi heç biri oyunu uduzmayıb.

Alonsonun “Bayer”i bütün turnirlər daxil olmaqla 6 dəfə “Bavariya” ilə üz-üzə gəlib, 3 qələbə qazanıb və 3 heç-heçə edib.

Xabi 2008-ci ildən sonra bu nailiyyəti əldə edən ilk mütəxəssisdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью