Bavariya avstriyalı müdafiəçi ilə anlaşdı

22.06.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Konrad Laymerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Almaniya çempionu avstriyalı futbolçunu komandada saxlayacaq. Bu barədə "Kicker" nəşri məlumat yayıb.

Tərəflər yeni sözləşmənin bütün şərtlərini razılaşdırıblar. 29 yaşlı sağ cinah müdafiəçisi yaxın günlərdə yeni müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Konrad Laymer 2023-cü ilin yayından "Bavariya"da çıxış edir. Avstriya millisinin üzvü 2025/26 mövsümündə Menhen təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью