Bavariya ayrılığı açıqladı

02.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bavariya" futbolçusu Erik Dayerin komandadan ayrılacağını rəsmən açıqlayıb.

QOL.az xəbr verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda 31 yaşlı mərkəz müdafiəçisinin cari mövsümün sonunda Münhen təmsilçisini tərk edəcəyi bildirilib.

Daha əvvəl insayder Fabritsio Romano Dayerin "Monako"ya keçəcəyini yazmışdı. 

Qeyd edək ki, Erik ötən ilin yayından "Bavariya"nın formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью