Bavariya Barselona nın hücumçusunu istəyir

23.11.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hücumçu Harri Keynin zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalmasını nəzərə alan "Bavariya" qış "transfer pəncərəsi"ndə "Barselona"nın hücumçusu Qabriel Jezusu "rənglərinə bağlamağı" düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu və ailəsi Barselonada özlərini rahat hiss edirlər. Hər nə qədər komandanın baş məşqçisi Hans-Diter Fliki hücumçuya istənilən qədər forma geyinmək şansı verməsə də, Jezus bu qış Kataloniya klubundan ayrılmağı düşünmür.

O da bildirilir ki, "Barselona" da 29 yaşlı hücumçunu satmağa həvəsli deyil. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью