Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Almaniyanın "Bavariya” klubu İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer siyahısına salıb.
“Yeni Sabah” xəbər verir ki, Münhen təmsilçisi 28 yaşlı ispaniyalı futbolçunun transferində maraqlıdır.
"Bayern" rəhbərliyi Olmonun transfer bazarında əlçatan olacağı təqdirdə İspaniya klubuna 70 milyon avro təklif etməyə hazırdır. Dominos pizza
Almaniya klubunun məşqçilər korpusu "RB Leypziq"dəki çıxışı ilə Bundesliqaya yaxşı bələd olan Dani Olmonu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür. Keçidin baş tutması "Barselona"nın maliyyə mövqeyindən və futbolçunun qərarından asılı olacaq.