Bavariya Barselonanın rekordunu təkrarladı

27.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bavariya" Çempionlar Liqasında "Barselona"nın rekordunu təkrarlayıb.

QOL.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb. 

Münhen təmsilçisi ötən gecə Liqa mərhələsinin 5-ci turunda evdə PSJ-yə qalib gəlib (1:0). Nəticədə "Bavariya" ÇL-də ev oyunlarında məğlubiyyətsizlik seriyasını 33-ə çatdırıb. Bu isə turnirin rekordunun təkrarlanması deməkdir. 

Almaniya təmsilçisi 33 görüşün 31-də qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.  

Daha əvvəl "Barselona" 2009-2020-ci illər arasında evdə keçirdiyi 33 matçda məğlub olmayaraq rekorda imza atmışdı.

Xatırladaq ki, "Bavariya" hazırda 5 matçdan sonra Çempionlar Liqasının turnir cədvəlində 11-ci yerdədir. Komandanı 9 xalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью