Bavariya Borussiya Dortmund ilə bacarmadı

01.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Almaniya çempionatının 12-ci turunda Dortmund "Borussiya"sı ev matçında "Bavariya" ilə qarşılaşıb.

Manset.az xəbər verir ki, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Görüşün 27-ci dəqiqəsində "Borussiya"nın futbolçusu Bayno-Gittens hesabı açıb. "Bavariya" yalnız 85-ci dəqiqədə Musialanın qolu sayəsində hesabı bərabərləşdirə bilib.

Beləliklə, Münhen klubu 30 xalla Bundesliqanın turnir cədvəlində 1-ci pilləni qoruyub. "Borussiya Dortmund" isə 20 xalla 5-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью