“Bavariya” “Borussiya Dortmund” qarşılaşması heç heçə başa çatıb | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşması “Bavariya” və “Borussiya Dortmund” klubları arasında keçirilib.
SİA xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma heç-heçə başa çatıb - 2:2.
Oyunda hesabı görüşün 48-ci dəqiqəsində “Borussiya Dortmund” açıb.
Dortmundluların sürətli əks-hücumunda Maksimilian Bayer dəqiq baş zərbəsi ilə topu yaxın məsafədən qapıya göndərib.
Lakin “Bavariya” qarşılaşmanın 65-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib.
Serge Qnabrinin sol cinahdan başlatdığı hücumu müdafiəçi Rafael Qerrero qolla tamamlayıb - 1:1.
Bu qoldan dörd dəqiqə sonra “Bavariya” hesabda irəli çıxıb. Serge Qnabri driblinqini qolla başa çatdıraraq adını tabloya yazdırıb - 2:1.
Tam oxu
Xəbəri oxu