Bavariya braziliyalı cinah oyunçusu ilə maraqlanır

04.04.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Fransa təmsilçilərindən "Marsel"in futbolçusu Luis Henrike "Bavariya"nın radarına düşüb.

Apasport.az xəbər verir ki, baş məşqçi Vinsent Kompani və idman direktoru Kristof Freund da daxil olmaqla Münhen klubunun nümayəndələri 23 yaşlı cinah oyunçusunu izləmək üçün "Marsel"in PSJ ilə oyununda iştirak ediblər.

İddialara görə, artıq ilkin danışıqlar aparılıb. Kinqsli Koman "Bavariya"dan ayrılsa, transfer ehtimalı xeyli artacaq.

Luis bu mövsüm 29 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı braziliyalının qiymətini 18 milyon avro olaraq qiymətləndirir.

Almaniyalı qolkiper zədəsini sağaldıb Ceferin dünya çempionatında komanda sayının artırılmasına qarşıdır “Nyukasl”da yeni müqavilə “Barselona” 2 futbolçunun qeydiyyatını tamamlayıb “Arsenal” Avropa çempionunu istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью