Bavariya bu futbolçuları satacaq

13.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Bavariya" 2025-ci ilin yayında əsas komandanın üç oyunçusunu satmağı planlayır.

News24.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Həmin futbolçular Leroy Zane, Kingsli Koman və Serji Qnabridir.

Mühnen klubu maaş xərclərini azaltmaq üçün mütləq 3 cinah oyunçusundan ən azı bir futbolçunu satmağa çalışacaq. Qeyd olunur ki, Zeyn, Qnabri və Koman klubun ən yüksək maaş alan oyunçuları sırasındadır. Onlar illik təxminən 60 milyon avro gəlir əldə edirlər.

Qeyd edək ki, "Bavariya" 2024/2025 mövsümündə Bundesliqanın turnir cədvəlinə liderlik edir. Vinsent Kompaninin komandası 10 görüşdən sonra 26 xal toplayıb.//qol.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью