“Bavariya” bu mövsüm ilk dəfə UDUZDU

25.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 19-cu durunda sürpriz nəticə qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çempionatın lideri "Bavariya" cari mövsümdə ilk dəfə stadionu məğlub tərk edib. Komanda öz meydanında "Auqsburq"a məğlub olub - 1:2. Münxenlilər matçın 19-cu dəqiqəsində Hiroki İtonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qonaqlar qarşılaşmanın 75-ci və 81-ci dəqiqələrində iki dəfə fərqlənməklə "Bavariya"ya ilk məğlubiyyəti yaşadıblar.

Çempionatda ikinci sırada qərarlaşan "Borussiya Dortmund" isə Berlin səfərində "Union"un qapısından üç cavabsız top keçirərək xal fərqini bir qədər azaldıb. "Leyptsiq" də səfərdə eyni hesabla "Haydenhaym" üzərində qələbə qazanıb.

Üç gün əvvəl UEFA Çempionlar Liqasında Bakıda "Qarabağ"a uduzan (2:3) "Ayntraxt Frankfurt" bu dəfə meydanı xalsız tərk edib. Komanda öz meydanında "Hoffenhaym"a məğlub olub - 1:3.

"Bayer Leverkuzen" doğma meydanda "Verder Bremen"ə minimal hesabla qalib gəlib. "Volfsburq" səfərdə "Maynts"ı məğlubiyyətə uğradıb - 3:1.

Bundesliqanın 19-cu turuna bazar günü oynanılacaq "Borussiya Mönxenqladbax" - "Ştutqart" və "Frayburq" - "Köln" görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, çempionatın açılış matçında "St Pauli" və "Hamburq" komandaları qarşılaşıblar. Hamburq derbisi qolsuz heç-heçə ilə başa çatıb.

Çempionata 50 xalla "Bavariya" liderlik edir". Onu 42 xalla "Borussiya Dortmund" izləyir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью