“Bavariya” bütün mükafatları mənimsədi

23.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Almaniyanın nüfuzlu “Kicker” nəşri 2025/26 mövsümünün yekunlarına əsasən illik mükafatların sahiblərini bəyan edib.

Futbolpress.az xəbər verir ki, “Bavariya” klubu təqdim olunan bütün əsas nominasiyalarda qalib gələrək özünəməxsus het-trikə imza atıb. Münhen təmsilçisinin hücumçusu Harri Keyn Almaniyada ilin futbolçusu, komandanın “sükan”ı arxasında olan Vensan Kompani ilin məşqçisi, Culiya Qvinn isə ilin qadın futbolçusu seçilib.

Səsvermədə H. Keyn komanda yoldaşı Maykl Oliseni üstələyib (272 səsə qarşı 203 səs). Məşqçilər arasında isə V. Kompani “Frayburq”un çalışdırıcısı Yulian Şusteri böyük xal fərqi ilə geridə qoyub (314 səsə qarşı 87 səs).

“Kicker”in sorğusunda həm xaricdə çıxış edən almanlar, həm də Almaniya çempionatında çalışan əcnəbilər iştirak edə bilirlər. Məşqçilər arasında xaricdə çalışan Hans-Diter Flik (“Barselona”) və Tomas Tuxel (İngiltərə millisi) də az sayda səs toplayanlar sırasında yer alıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью