Bavariya Çelsi ni razı sala bildi

26.08.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bavariya" seneqallı futbolçunun keçidini həll edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Daha öncə Ceksonla şəxsi müqavilənin şərtlərini razılaşdıran münhenlilər London klubu ilə də anlaşıb. 24 yaşlı forvard icarə əsasında "Bavariya"nın formasını geyinəcək.

Qeyd edək ki, Nikolas Cekson ötən mövsüm "Çelsi"nin heyətindəə meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью