“Bavariya” Çempionlar Liqasında əsas hədəfini açıqladı

03.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Bavariya”nın baş məşqçi köməkçisi Aaron Danks komandanın UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib və əsas hədəflərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis “Atletiko” ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında Münhen klubunun əsas mərhələni ilk səkkizlikdə başa vurmaq istədiyini bildirib.

“Son illərdə Çempionlar Liqasının qaliblərinə baxsaq, onların hamısının çətin qarşılaşmalardan keçdiyini görərik. Bu turnirdə uğur qazanmağın müxtəlif yolları var. Biz yarışa çox yaxşı başlamışıq, lakin qarşıda hələ uzun yol var.

Əvvəlcədən müəyyən mərhələdə hansı mövqedə olacağımızla bağlı konkret gözləntilər müəyyənləşdirməmişik. Hazırda bütün diqqətimizi növbəti oyuna yönəltməli və komanda olaraq inkişafımızı davam etdirməliyik. Bununla belə, əsas mərhələni ilk səkkizlikdə başa vurmaq bizim konkret hədəfimizdir”, - deyə Danks vurğulayıb.

Qeyd edək ki, “Bavariya” noyabrın 3-də Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Madrid “Atletiko”sunun qonağı olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью