“Bavariya” Çempionlar Liqasında yeni rekorda imza atıb

30.01.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın "Bavariya" komandası yeni rekorda imza atıb. SİA OPTA-ya istinadən xəbər verir ki, Münhen təmsilçisi buna Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda doğma meydanda "Slovan"a (Slovakiya) 3:1 hesabı ilə qalib gəldiyi oyunda nail olub.

Belə ki, komanda qitənin ən nüfuzlu klub turnirinin qrup/liqa mərhələsində doğma meydanda keçirdiyi 34 (32 qələbə, 2 heç-heçə) matçda məğlub olmayıb. Almaniya nəhəngi bu göstəricidə İspaniya "Barselona"sını geridə qoyub - 33 qələbə.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью